BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq nazirin qohumlarına məxsus şirkət "Azərişıq" ASC-ni məhkəməyə verdi

Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı “Azərişıq” ASC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət Mərkəz Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı elektrik enerjisinin ödənilməsi ilə bağlı tələb irəli sürüb.

 

İş hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: mətbuatda Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı mərhum müdafiə sənayesi naziri Yavər Camalovun qohumlarına məxsu olduğu barədə məlumatlar yayılıb.

 

Xatırlatma: Sabiq nazir Yavər Camalov 2018-ci il iyunun 23-də vəfat edib.

 

Kamal Məmmədov

Tarix: 23 Aprel 2022, 07:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin