BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bağışla məni, biz ayrılmalıyıq, əlvida..."

Əlvida, əzizim, əlvida, mənim sadiq dostum, əlvida, son illərimin çoşqun məhəbbəti!

Bundan artıq nə deyə bilərəm sənə?

Ən ağır günlərdə yanımda oldun, xeyir-şərdə məni tək buraxmadın, bütün sirrlərimi ilk olaraq sənə deyirdim dodaq-dodağa, amma nə edəsən, hər şeyin bir sonu olur.

Darıxacammı sənsiz? Əlbəttə. Yada salacammı səni? Heç şübhən olmasın, unutmaq olarmı o anları?

İnan mənə, sevgilim, mən bunu sənə söz verirəm, sən mənim xatırələrimdə əbədi olaraq qalacaqsan və kim bilir, bəlkə də nə vaxtsa biz yenidən səninlə görüşdük, yenidən öpüşdük, yenidən birgə günlər yaşadıq.

Hələlik isə bağışla məni, biz ayrılmalıyıq.

Əlvida, mənim maskam…

Azər Qərib

Tarix: 23 Aprel 2022, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin