Vilayətiniz vardı, öz əliniz, öz başınız idi, gözünüz üstə də qaşınız var deyən yox idi. Nə istəyirdiniz onu da edirdiniz: yeyirdiniz də, dağıdırdınız da.
Başqa rayonlarda 2 min, 3 min, 10 min mənimsəməyə görə nə qədər vəzifəli adamlar tutulurdu. Amma sizlər onlardan da çox yeyirdiniz, mən hələ oxumamışam ki, Qarabağda bir erməni yeyinti üstündə tutulsun.
Öz dilinizdə məktəbiniz, institutunuz, qəzetiniz, radionuz… Bütün lövhələrinizdə ermənicə yazırdınız, amma çox maraqlıdır ki, bircə vilayət məhkəməsinin lövhəsi azərbaycanca yazılırdı: Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Məhkəməsi. Çünki tutulan vardısa da azərbaycanlı tutulurdu, yəni azərbaycanlıların işi ora çox düşürdü.
Arayırdınız-axtarırdınız harda bir saytal oğlan vardısa onu şərləyib tuturduz.
Bizim böyük qəsəbələrə avtobus marşrutları yoxuydu. Məsələn, Hindarxda 10 mindən çox adam yaşayırdı, ora avtobus işləmirdi. Gərək ya Ağdama gedib ordan gedəydin, ya da Ağcabədiyə. Amma sizin kəndlərə də avtobus marşrutları açmışdılar: Bakı-Çartaz, Bakı-Qırmızıbazar, Bakı-Tuğ. Əsgəran bir küçədən ibarət idi, əhalisi də Ağdamın adi bir kəndi qədəriydi, təxminən 3 min əhalisi vardı, rayon eləmişdiniz ki, Qarabağdakı erməni rayonlarının sayı artsın.Əsgərandan böyük olan Xocalını da vermişdiniz onun tabeliyinə, üstündə də cehiz olaraq Şuşanın kəndlərini.
Büdcədən Şuşaya və Azərbaycan kəndlərinə ayrılan pulları da Xankəndinə, Əsgərana, Martuniyə, Hadruta xərcləyirdiniz. Ali məktəbi bitirən, təyinatnı öz şəhərlərinə, kəndlərinə alan və ya əsgərlikdən qayıdıb gələn azərbaycanlıları qeydiyyata götürmürdünüz ki, azərbaycanlıların sayı statistikada az göstərilsin. Dostum və sinif yoldaşım Rauf Kazımov həkim kimi təyinatını Şuşaya almışdı. 15 ildən çox Şuşada çalışsa da və hətta sanatoriyanın baş həkimi olsa da Şuşa qeydiyyatına düşə bilmirdi. Müharibədə də şəhid oldu, Allah rəhmət eləsin.
Amma Bakıda, Gəncədə və İrəvanda qeydiyyatda olan erməniləri eyni zamanda Xankəndinə, Əsgərana, Ağdərəyə qeydiyyata salırdınız ki, sayınız çox olsun.
Biz pambıq, üzüm perepiska edirdik, siz üzüm də perepiska edirdiniz, erməni də.
Qısası, siz Azərbaycanın başqa rayonlarında yaşayanlardan yaxşı yaşayırdınız. Misallar çox çəkə bilərəm, amma oxucunu yormaq istəmirəm.
Adam balası kimi yaşayırdınız, amma adam balası olmadığınızdan adam balası kimi yaşamaq istəmədiniz. Evlərimizin əziz qonağıydınız. Toylarımızda başda otururdunuz. Amma sonra əziz qonağı olduğunuz evləri, yediyiniz duz-çörəyi tapdayıb viran qoydunuz. Toyunda sağlıq dediyiniz balalarımızı quyulara doldurdunuz. Xocalı boyda bir şəhəri əhalisi ilə bərabər yer üzündən sildiniz. Taxıl zəmisinə hücum edən sərçələr kimi şəhər və kəndlərimizə hücum edib darmadağın etdiniz.
Nə qazandınız ey?! Nə özünüz yaşadınız, nə də bizi yaşamağa qoydunuz. İçinizdəki kin-küdurət sizi adam balası kimi yaşamağa qoymadı.
Heç nə qazana bilmədiniz, əksinə, itirdiniz. Övladlarınızı, ərlərinizi, atalarınızı itirdiniz, təsərrüfatlarınız dağıldı.
Bu günlərdə Şuşaya gedərkən sizin yaşadığınız kəndlərdən keçdim. 30 ildə bircə dənə də olsun bir yeni tikili tikməmisiniz. Hətta aynabəndinizin rəngi otuz ildi olduğu kimi qalıb, rəngləməmisinz də. Beş-on milyonçu erməninin Şuşada, Naxçıvanik kəndində tikdirdiyi villalardan başqa hamınız it günündə yaşamısınız. Bizim kəndlərimizdəki yaraşıqlı evləri dağıdıb özünüz üçün it damı tikmisiniz. İndi sülhməramlılar sizə yeni evlər tikir, qəsəbə salır. Əgər müharibə salmasaydınız indi necə ki öz rayonlarımız, kəndlərimiz abaddı, Bakı dünyanın ən gözəl şəhəridi, indi Əsgəran da, Xankəndi də, Hadrut da, Ağdərə də beləcə inkişaf eləmişdi.
Nə qazandınız ey, Alıbəyinkini? Tez-tez Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini ön plana çıxarırlar. Doğrudanmı sizi təhlükə gözləyir? Hansı təhlükə, kim tərəfindən? Sizi bircə təhlükə gözləyir, o da Ermənistan tərəfindən. İçinizdəki yalançı millətçilər tərəfindən.
Biz intiqam hissi ilə yaşayan xalq deyilik. Bəlkə də bu bizim bədbəxtçiliyimizdir, amma həm də böyüklüyümüzdür. Bizdə deyirlər, Allah bağışlayanları sevir. Biz Allahın sevgisini itirmək istəmirik.
Əgər indi intiqam hissi ilə yaşasaydıq siz Ağdamın, Füzulinin, Tərtərin şəhər və kəndlərini, cəbhə xəttindən 50-100 kilometr uzaqlıqda yerləşən Gəncəni, Bərdəni raket atəşinə tutanda biz də Xankəndini, Ağdərəni, Əsgəranı darmadağın edərdik. Amma biz kişi kimi müharibə aparırdıq, dinc əhaliyə toxunmurduq.
Heç vaxt yadımdan çıxmaz. Bir dəfə Əsgərana hücum vaxtı Ağdam uşaqları bir ermənini əsir götürmüşdülər, mənə dedilər:
- Məllim, avtomatla onu ortadan iki yerə böl, əsəbin soyusun.
Nə qədər elədilər atmadım, ata bilmədim. «Nəsimi» filmində deyir ey,onun üzündə insan əzabının bütün cizgilərini gördüm. Mən də erməninin üzündəki bütün ağrı-acını gördüm. Əlim qalxmadı. Dedim ki, dəyməyin, bir adamla dəyişərik. Və mən bunu deyəndə erməni dizi üstə düşüb hönkür-hönkür ağladı.
Siz bizdən qorxmayın, öz erməninizdən qorxun. Onların əlindəki silah bir gün özünüzə atılacaq. Necə ki bu günlərdə Xankəndində bir polis işçisini vurub öldürdülər.
Azərbaycan Prezidenti dəfələrlə sizin təhlükəsizliyinizə zəmanət verib. Buyurun, vətəndaşlığımızı qəbul edin, yenə əvvəllər olduğu kimi, Azərbaycanda yaşayan başqa xalqlar kimi xoşbəxt yaşayın, dövlət qurumlarında və eləcə də Milli Məclisdə təmsil olunun.
Və əks halda, sirkə nə qədər tünd olsa öz qabını partladar. Faşizm ideyasından əl çəkin.
Bir faktı da deyim, qurtarım. Əgər müharibə salmasaydınız Bakı-Ceyhan neft kəməri də, qaz kəmərləri də, Bakı - Qars dəmir yolu da sizin və Ermənistanın ərazisindən keçəcəkdi, ordan gələn gəlir Ermənistanın büdcəsindən çox olacaqdı.
Mirzə Cəlil deyir ki, sözünü o kəslərə de ki, onlar səni eşitmirlər. Biz sözümüzü deyirik – eşidərlər, yenidən adam balası kimi yaşayarlar. Eşitməzlər…
Redaksiya: Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin