BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

 

Pravda.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı genişləndirilib.

 

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 30-da qüvvəyə minir.

Tarix: 1 Mart 2020, 12:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin