BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğanla Zelenski nəyi müzakirə etdilər?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski telefon ilə danışıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Ərdoğan danışıqlar prosesi zamanı lazımi dəstəyi verməyə hazır olduqlarını və təhlükəsizlik zəmanəti məsələsinə müsbət baxdıqlarını bildirib.

 

Görüş zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə vəziyyətin gündən-günə daha da acınacaqlı olduğu Mariupolda yaralıların və mülki əhalinin təxliyyəsinin təmin edilməli olduğunu bildirib.

Tarix: 24 Aprel 2022, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin