BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ermənistan bilməlidir ki, ən kiçik təxribatın qarşısı çox ciddi şəkildə alınacaq”

Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini keçməyə cəhd etməsi Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş növbəti təxribatdır.

 

Pravda.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Təəssüf ki, Ermənistan 44 günlük acı məğlubiyyətdən nəticə çıxarmayıb.

 

"Buna və nəticələrə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan tərəfi bilməlidir ki, ən kiçik təxribatın qarşısı çox ciddi şəkildə alınacaq.

 

Azərbaycan erməni faşizminin yenidən baş qaldırmasına heç zaman imkan verməyəcək. Ermənistan nə istədiyini müəyyənləşdirməlidir.

 

Azərbaycan Ermənistan Sülh istəyirsə sülhə müharibə istəyirsə müharibəyə hazırdır. Ermənistan təxribatlara son qoymalıdır", - deyə deputat qeyd edib.

 

Trend

Tarix: 24 Aprel 2022, 16:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin