BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Azərbaycanın Ukrayna məsələsində sərgilədiyi mövqeyi yüksək qiymətləndirdi

Moskva Bakı və İrəvanın Ukrayna ilə bağlı ölçülü mövqeyini qeyd edir - hətta görünməmiş xarici təzyiq və anti-Rusiya kampaniyası şəraitində belə tərəfdaşlar milli maraqlara əsaslanan siyasət yürüdürlər.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.

 

"Ukrayna ətrafındakı vəziyyətlə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımızın ölçülü mövqeyini və bununla bağlı Qərbin misli görünməmiş anti-Rusiya kampaniyasını qeyd edirik. Biz Azərbaycan və Ermənistan rəhbərliyinin xarici qüvvələrin hansı təzyiqi ilə üzləşdiyini yaxşı bilirik. Biz Bakı və İrəvanın xarici siyasət yürüdərkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmalarını yüksək qiymətləndiririk”, - deyə rusiyalı diplomat vurğulayıb.

 

APA

Tarix: 25 Aprel 2022, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin