BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəhdət Partiyası bəyanat yaydı

Vəhdət Partiyası bəyanat yayıb.

 

Pravda.az-ın xəbərinə görə, bəyanatda deyilir:

 

“Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin guya 24 Aprel 1914-cü ildə Osmanlı imperiyasında baş vermiş üzdəniraq erməni soyqırımını tanıması Vəhdət Partiyasının bütün üzvlərində dərin hiddət hissi yaratmışdır. Əslində, Ermənistanın saxta tarixə əsaslanaraq uydurduğu bu xəstə milli ideologiya bu gün də siyasi və dini vasitələrlə türklərə və Azərbaycanlılara qarşı nifrəti və ədavəti körükləməklə regionda,Cənubi Qafqazda sülh və təhlükəsizliyə başlıca təhlükə mənbəyi olmaqda  davam edir. Tarixin təhlili göstərir ki, Cənubi Qafqaza gəlmə olan ermənilər, son iki əsrdə bu bölgənin oboriqen əhalisi olan Türk (Azərbaycanlı - Müsəlmanlara) qarşı olan “qisas” hissi heç vaxt unudulmamış, əksinə son 40 ilə yaxın Erməni millətçiləri və Qriqoryan kilsə xadimlərinin fəal “dini” təbliğatı nəticəsində pataloji nifrət səviyyəsinə yüksəlmişdir. Həm XX-əsrin əvvəllərində, həm ötən əsrin 80-90-cı illərində törədilmiş silsilə qətllər, qırğınlar, soyqırımlar, işğallar və talanlar, o cümlədən Ermənilərə əsir düşmüş, girov götürülmüş Azərbaycanlılara düşmənin rəftarı bu iyrənc və yalan üzərində qurulmuş Ermənistan siyasətinin bariz nümunəsidir. ABŞ Prezidenti Co Baydenin ermənilərin üzdəirağ soyqırımının tanıması ən azı siyasi və tarixi savadsızlığın, islamafobiya və türkəfobiyanın   sübutudur. Vəhdət Partiyası hesab edir ki, ABŞ Prezidentinin bu addımı ABŞ-ın birbaşa Beynəlxalq terrorizmə dəstək verilməsi deməkdir”.

Tarix: 25 Aprel 2022, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin