BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan istefa verməlidir - Ermənistanda aksiya

Ermənistanda paytaxt İrəvan da daxil olmaqla, bir sıra şəhərlərdə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə aksiyalar keçirilir.

 

“Gəncliyin səsi” hərəkatının üzvləri 15 ali təhsil müəssisəsində “Oyan, tələbə” adlı aksiya keçirib.

 

Etirazçılar universitetlərin qarşısına “Oyan, tələbə” yazılmış plakatlarla toplaşıblar.

 

Baş nazir Nikol Paşinyanın və onun komandasının tərəfdarları isə İrəvanda parlament binasının qarşısında aksiya keçiriblər.

 

Spiker Alen Simonyan aksiya iştirakçıları ilə parlament binasının qarşısında görüşüb.

 

APA

Tarix: 25 Aprel 2022, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin