BURADA REKLAMINIZ OLA
BİLƏR

"Həmin ştamlardan birinin yenidən geniş yayılması istisna deyil” - Baş infeksionist

“Hazırda Azərbaycanda koronavirusla əlaqəli epidemioloji durum nəzarət olunan, dayanıqlı həddədir”.

Pravda.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq yeni yoluxma hallarının sayı minimaldır: “Aktiv xəstə sayı çox aşağıdır, ümumilikdə indiyə qədər bütün yoluxanların cüzi bir hissəsini təşkil edir. Lakin unutmamalıyıq ki, pandemiya bitməyib və virusun hələ kifayət qədər mutasiyaya uğrayıb yeni yayılma dalğasını törətmək potensialı var. Biz bunu hazırda müşahidə edirik və həmin ştamlardan birinin yenidən geniş yayılması istisna deyil”.

Report

Tarix: 26 Aprel 2022, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin