BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Vecimə də deyil, yəni, milçək bir şey deyil, amma ürək bulandırır...”

“Hakimiyyəti Əliyevlərə prezident aparatının həyətində öpüşərək təhvil vermiş, 29 ildir bu hakimiyyətin möhkəmlənməsində "daş", "çınqıl", "sement" olmuş, sistemin divarına "mala" vurmuş, bərkitmiş marginal dəstə həmişə olduğu kimi yalan, şər, böhtan maşınını işə salıb. Mənim və İlqarın fotosunun yanına şər-böhtan dolu cümlələr yazıb alçaqcasına hər yerdə yayırlar, guya demişəm ki, Bəxtiyarın (Bəxtiyar Hacıyevi nəzərdə tutur-red) başına gələnlərdən İlham Əliyevin xəbəri yoxdur. Bu qədər alçaq iftiranı mənə ancaq 2016-da prokurorluq atıb həbs etmişdi - mahiyyətçə, düşüncə olaraq bu qrup onlarla eynidir. Yazdığım, dediyim budur, Gəncə şəhərində 2 gün əvvəl vətəndaşlarla görüşdən sonra yazmışam, sitat: "Bəxtiyar Hacıyev üçün də doğma olan şəhərdə görüşə gələnlərə onun başına gələnlərin cinayət olduğunu, obyektiv araşdırma tələbimizi,  günahkarların cəza almalarının vacib olduğunu vurğuladıq". Onlar mənim vecimə də deyil, yəni, milçək bir şey deyil, amma ürək bulandırır, vecimə olan onlara inanan bəzi insanlardır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, son 29 ildə həmin marginal kəsim ən iyrənc yalanlar uydurmaqdan çəkinmirlər: “Bizim hədəfimiz tək bu sistemi, indiki hakimiyyəti dəyişmək deyil, həm də gələcək hakimiyyətlərin bu kimi saxtakar, yalançı qrupların xidmətlərinə bir daha heç vaxt möhtac qalmamasını təmin etməkdir”

Tarix: 26 Aprel 2022, 23:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin