BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hər iki yerdə “savadı yoxdur” sözündən də istifadə edilir” - Elçin Sadıqovla Fuad Ağayev arasında gərginlik

Vəkil Fuad Ağayevlə Elçin Sadıqov arasında Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədova məxsus olduğu iddia edilən tikinti şirkəti ilə bağlı gərginlik yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, buna səbəb E.Sadıqovla bağlı Vəkillər Kollegiyasına edilən şikayət olub.

 

“Vəkil Fuad Ağayevin müsahibəsi ilə E.Məmmədovun şirkətinin şikayətində oxşar nüanslar çoxdur. F.Ağayev iddia edir ki, şikayəti o yazmayıb. O zaman, belə çıxır ki, şikayəti onunla eyni sinifdə oxuyan, eyni təhsil alan, eyni havanı udan, eyn düşüncəli şəxs yazıb. Mən yanılmışam. Hər iki yerdə “savadı yoxdur” sözündən də istifadə edilir. Bu söz şikayətin hansı özünübəyənmiş tərəfindən yazıldığını təsdiq edir. Mənim savadım aldığım təhsildən, mükafatlardan bəllidir. AİHM-nin Azərbaycan üzrə vəkilin işinə görə ən yüksək qonorar müəyyən etdiyi iş mənim işimdir. Konvensiyanın bütün maddələri üzrə pozuntunun tanınmasına nail olmuşam. Hələ bunu yazıb Milli Şurada da təmsil olunmaq bir başqa istedaddır” – E.Sadıqov qeyd edib.

Tarix: 27 Aprel 2022, 01:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin