BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan tərəfi buna hazırdır" - İlham Əliyev

Xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanlar var və Azərbaycan tərəfi buna hazırdır.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edərkən deyib.

 

Dövlət başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.

Tarix: 27 Aprel 2022, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin