BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Mirbəşir oğlu: “Ermənilər proseslərin dönməz şəkildə cərəyan etdiyini gördükləri üçün əl-ayağa düşüblər”

“Ermənistan müxalifəti başa düşür ki, Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur. Həmçinin, müxalifətin həm də hakimiyyət iddiası var. Müxalifət Paşinyanın sülh müqaviləsini imzalaması amilindən istifadə edərək hakimiyyət istəklərini reallaşdırmaq üçün cəhd edəcəklər. Mövcud situasiya iki ilə yaxındır ki, müşahidə edilir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki inamlı qələbəsindən sonra Ermənistanda siyasi gərginlik səngimək bilmir: “Hesab edirəm ki, mövcud gərginlik bundan sonra da davam edəcək. Üstəlik, sülh müqaviləsinin imzalanacağı ərəfədə Ermənistanın yeni təxribat cəhdləri də müşahidə edilə bilər. Təxribatlar Paşinyanın bütün qüvvələrə tam nəzarət edə bilmədiyi fikrini formalaşdırmaq məqsədilə də törədilə bilər. Yəni, guya təxribat törədənlər Paşinyana tabe olmayan qüvvələrdir. Ermənistan hazırda start götürmüş prosesləri əngəlləməyə cəhd edir. İstənilən halda isə, müxalifət yaxşı başa düşür ki, Paşinyanın yerinə kim olursa-olsun, sülh müqaviləsi imzalanmalıdır, çünki başqa manevr imkanları mövcud deyil. Ermənilər proseslərin dönməz şəkildə cərəyan etdiyini gördükləri üçün əl-ayağa düşüblər. Bu istiqamətdə nəticə hasil olduqdan sonra Ermənistan müxalifətinin bu amildən Paşinyan əleyhinə istifadə edəcəyi istisna edilmir”.

 

Nəzrin Cavid

Tarix: 27 Aprel 2022, 13:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin