BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ət də bahalaşdı - VİDEO

Azərbaycanın bölgələrində ətin qiyməti qalxıb.

 

Pravda.az-ın xəbərinə görə, Goranboyda mal əti 1 həftə öncə 10 manata satılırdısa, hazırda 1 kiloqramı 11 manatadır.

 

Mingəçevirdə də mal ətini 11 manata satırlar. Quzu əti isə 13 manata təklif edilir.

 

Alıcılar da bildirir ki, şəhərdə mal ətinin qiymətində 50 qəpik- 1 manat arası bahalama var.

 

Ət satışı ilə məşğul olanlar qiymət artımını otun bahalaşması ilə əlaqələndirirlər.

 

Tovuzda da ətin qiymətində 1 manat bahalaşma müşahidə olunur. Qəssablar bunu heyvan yemlərinin satışında olan qiymətlərlə əlaqələndirirlər.

 

Ət bazarına nəzarət edən həkim- baytarlar isə mövcud qiymət artımının paytaxt bazarlarına sirayət etməyəcəyini bildirirlər. Çünki heyvanlar tezliklə açıq ərazilərə çıxarılacaq və beləcə yemə olan tələbat azalacaq.

 

Tarix: 1 Mart 2020, 23:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin