BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov Gürcüstan xarici işlər naziri ilə görüşdü

Bu gün Baş nazir Əli Əsədov Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

 

Nazirlər Kabinetindən Pravda.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edilib.

 

Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb.

 

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tarix: 27 Aprel 2022, 18:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin