BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan ABŞ-da keçirilən yəhudi film festivalında təmsil olundu

ABŞ-ın Nyu-York şəhərində 23-cü Nyu-York Sephard Yəhudi Film Festivalı keçirilib. 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan sözügedən tədbirdə bu il ilk dəfə, rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” filmi ilə təmsil olunub.

Film ABŞ və Avropa ölkələrində dəfələrlə nümayiş olunmasına baxmayaraq, bu festivalda da maraqla qarşılanıb. Festival çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən rejissor Rüfət Əsədov bildirib ki, Azərbaycanda bir çox etnik və milli azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur. Filmdə ölkəmizdə yəhudi xalqının milli dəyərlərinə hörmətin təzahürüdür. 

Fotoları təqdim edirik
Tarix: 2 Mart 2020, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin