BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-dan şok qərar

“ABŞ Konqresi 81 il sonra ikinci dəfə Lend-Liz qanununu qəbul etdi. “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” (The Ukraine Democracy Defense Lend-Lease Act) 2 həftə əvvəl Senatda yekdilliklə qəbul olunmuşdu. Nümayəndələr Palatasında da iki partiyanın ittifaqı ilə 417 səslə (cəmi 10 nəfər əleyhinə olmaqla) təsdiqlənərək prezidentin imzasına təqdim edildi. Bu qanunun qəbulu Ukrayna savaşının gedişatına birbaşa təsir göstərəcək tarixi hadisədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

 

“Qanuna əsasən ABŞ prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursatı, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları çox operativ şəkildə göndərə biləcək. Bu yardım müharibənin sonuna qədər sürəcək. İlk Lend-Liz Hitler faşizminin məğlubiyyətində mühüm rol oynamışdı. İkinci Lend-Lizin Rusiyaya qarşı qəbulu göstərir ki, ABŞ Putin rejimini də nasizmə bərabər təhlükə kimi görür. Tarixin ironiyasına baxın ki, Rusiya bu müharibəyə “Ukraynanı nasizmdən azad etmək” (denasifikasiya) şüarı ilə başladı, lakin məhz özü nasizmə bərabər təhdid kimi rəsmi qiymətini aldı. Önümüzdəki həftələrdə ABŞ tərəfindən Rusiyanın “terrorizmin sponsor” elan olunması ehtimalı da var” – Ş.Cəfərli qeyd edib.

Tarix: 29 Aprel 2022, 02:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin