BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı qiymətlərlə maraqlandı - FOTO

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla təsadüfi və planlaşdırılmamış olan görüşləri, onların problem və qayğıları ilə yaxından marağlanmağı mütamadi xarakter daşıyır. Bu görüşlərin tərkib hissəsi olaraq Alı Alıyev 29 fevral tarixində Bala Bəhmənli kəndində (Dörd yol adlanan ərazidə) olmuş, vətəndaşlarla görüşmüş, bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət edib.

 

Pravda.az-ın xəbərinə görə, Alı Alıyev vətəndaşları narahat edən məsələlərlə, onların problem və qayğıları ilə maraqlanıb.

 

Alı Alıyev cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.

 

Rayon sakinləri də öz növbəsində Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər.

Fotoları təqdim edirik
Tarix: 2 Mart 2020, 11:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin