BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa etdi

29 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.

 

XİN-dən Pravda.az-a verilən xəbərə görə, səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:

 

Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24

 

Telefon: +380 44 484 69 40

 

Faks: +380 44 484 69 32

 

Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:

 

Müraciətlərin qəbulu - 10:00-13:00

 

Hazır sənədlərin verilməsi - 15:00-18:00

 

Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.

 

“Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.

 

Həmçinin diqqətə çatdırırıq ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil”, - qeyd olunub.

Tarix: 29 Aprel 2022, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin