“Üstümüzü unlu görən bizi dəyirmançı sayır”
(Azərbaycan ata sözü)
Mənim Ata Abdullayev adlı tipə heç bir zərrə qədər də hörmətim yoxdur, hətta küçədə rastıma çıxsa çalışaram uzaqdan gedim, çünki ziyanverici adamlardandır. Ancaq eyni zamanda onun erməni baş nazir Paşinyanla İtaliyada karikatur deyişməsini alqışlayıram. Bu temada Atanı qınayanlarla razı deyiləm. Xüsusilə də Azərbaycan hökumətinin onu belə məsul səfərə yollamaqla səhv elədiyini bildirənlər yanılır. Düzdür, hökumət daş atıb başını tutdu, bu səfərin özfəaliyyət olmasını açıqladı və hətta Abdullayevi müəyyən mənada tənqid elədilər. Eyni zamanda, düşünürəm ki, hökumətimiz onu göndərmiş olsaydı da səhv etməzdi. İlk növbədə ona görə ki, Azərbaycan hökuməti ümumiyyətlə səhv eləmir. Səhv eləsələr 1993-cü ildən bəri bu cür mürəkkəb ərazidə hakimiyyətdə qalmazdılar. Biz nə var onu yazmalıyıq. Bəyənmədiklərimizin də gücünü etiraf eləməliyik. Öz gücünü hesablamadan rinqə çıxanda adamın ağzını-burnunu əzirlər. Qayıdaq bu “videobloqqer” yoldaşın Milan səfərinə.
Məsələnin mahiyyəti lap çoxdan Molla Nəsrəddinin lətifəsində əksini tapmışdır. Deyir bir gün camaat Mollanı Teymurləngə şikayətə göndərir. Padşah Mollanı ələ salmaq üçün deyir ki, o boyda kənddə adam tapılmadı, səni göndərdilər? Molla cavab verir: “Adamı adam yanına göndərdilər, məni də sənin yanına”. Paşinyan hər nitqində azı 7-8 yalan danışan birisidir. Üstəlik, normal, sivil dünya dövlətini yox, kriminal, cinayətkar, işğalçı Ermənistan rejimini təmsil edir. Beləsi ilə danışmağa elə Ata Abdullayevi göndərməliyik, hələ bəlkə Ata daha səviyyəli adamdır. Çünki çağdaş dünyada insanın mədəni səviyyəsi heç də onun ingiliscə-rusca yaxşı danışmağı, ya kilsədə şam yandırmağı ilə ölçülmür. İnsanlıq düşməni olması, terroru təmsil eləməsi ilə, ya da humanistliyi və sülhsevərliyi ilə ölçülür. Paşinyandan indiyə qədər hansı sülhsevər hərəkət görmüşük? Qabaqkı erməni liderlərdən heç bir fərqi yoxdur.
Müqayisə üçün ictimai fəal Bəxtiyar Hacıyevin (yanılmıramsa Parisdə) Paşinyanla dialoqunun seçilməsi də maraqlıdır. Bu iki dialoqun təxminən eyni vaxta düşməsi olduqca simvolikdir, Qarabağ probleminin gələcəyinə işıq salır. Çünki Bəxtiyar bəyin Paşinyanla dialoqu “səviyyəli”, Atanın dialoqu isə “səviyyəsiz” sayılırsa, ermənilər bu mesajdan dərs götürməlidir. Nəhayət anlamalıdırlar ki, Azərbaycan xalqı heç də həmişə “səviyyəsini qorumağa” çalışmayacaqdır, bir gün biz də erməni ilə erməni dilində (bizdə buna “erməni budaq cümləsi” deyirlər) danışacağıq. Münaqişə uzandıqca Azərbaycan xalqının “Bəxtiyar”lıq ehtimalları azalır, “Ata”lıq hissləri isə artır. Siz Qafqazı cəhənnəmə çevirirsinizsə, orada mələklərin oynaqlamağını gözləməyin. Yeri gəlmişkən, biz münaqişə təzə qızışanda ermənilərlə danışmağa elə “Bəxtiyar” göndərmişdik! 1988-ci ilin fevralın 22-də Əsgəranda ermənilərin güllə ilə vurub öldürdüyü Bəxtiyar Quliyevin cəmi 16 yaşı var idi. Əli və Bəxtiyar - Azərbaycanın bu münaqişədə ilk qurbanları. Paşinyan guya bu tarixçədən xəbərsizdir? Əlbəttə, yox.
Xocalı faciəsinin törədilməsində öz rollarını isə ermənilər Paşinyandan qabaqkı liderləri Sərkisyanın ağzıyla etiraf ediblər. İndi belə millətin övladı, lideri ilə hansı səviyyəli, mədəni söhbət aparılmalı idi? Hər dəfə də mənasızcasına Sumqayıtı ortaya atırlar. Lap o hadisədə əli olan erməniləri (Eduard Qriqoryan), KQB-ni və sairəni qırağa qoyaq, yalandan da olsa orda erməniləri öldürdüyümüzü qəbul eləyək. Heç sinikcəsinə miqyas, qurban sayı söhbəti də eləmirəm, halbuki Xocalıda öldürülən türkün sayı (613 türk) Sumqayıtda öldürülən ermənidən (26 erməni, 6 türk öldürülüb) on dəfələrlə çoxdur. Ancaq axı Sumqayıta görə cəzalanan azərbaycanlılar olub! Azı 93 nəfər. Hətta ölüm cəzası alanlar vardı (Əhməd Əhmədov). Ermənilər isə Qarabağda törədilən hərbi cinayətlərə görə bir nəfərə qulaqburması verməyib. Cəzanı verin, yalanı qurtarın, BMT qətnamələrini yerinə yetirin, buyurun, ondan sonra oturaq mədəni söhbət eləyək. Bəxtinizdən hələ “Bəxtiyar” potensialımız çoxdur.Musavat.com
Zamin Hacı
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
Ən son xəbərləri səhifəmizdən də izləyin