BURADA REKLAMINIZ OLA
BİLƏR

“İlham Əliyevin konfransda xarici dildə danışığına heyran qaldım”

“Prezident İlham Əliyevin bugünkü konfransda xarici dildə danışığına heyran qaldım. İlham Əliyev bizimlə görüşdüyü üç saat ərzində heç bir qeydlər aparmadan təmiz şəkildə danışırdı. Bu, çox gözəldir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri “AzərTAc”a açıqlamasında “Musulmans en France” və “La Gazette” jurnallarının baş icraçı direktoru Jan-Mişel Brön söyləyib.

 

“Prezident İlham Əliyev konfransda Qarabağdakı vəziyyət, Türkiyə, İran və Rusiya, hətta Avropa ilə əlaqələr və təbii ki, Ermənistanla münaqişə barədə danışdı. Bildiyiniz kimi, təqribən 700 min nəfərdən ibarət Ermənistan diasporu Fransada böyük təsirə malikdir. Buna görə də bəzi siyasətçilər Ermənistanı dəstəkləyirlər. Lakin əminəm ki, Fransada prezident seçkilərinin yekunundan sonra Azərbaycanla Fransa arasında gələcəkdə daha güclü əlaqələr yaranacaq”, - deyə J.Brön vurğulayıb.

Tarix: 29 Aprel 2022, 19:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin