BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ağadadaşa Prezident təqaüdü verilməlidir" - Afaq Bəşirqızı

"Ağadadaş Ağayevə xəstəliyində heç kəs kömək etmədi. Dövlət rəhbərindən başqa heç yerdən yardım olmadı. Lazımi köməkliyi dövlət başçısı edib".

 

Bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Günün sədası" proqramında deyib. Aktrisa xərçəngdən əziyyət çəkən və 6 dəfə müalicə olunan Xalq artisti Ağadadaş Ağayevin Prezident təqaüdü almasını istədiyini bildirib:

 

"Prezident təqaüdü almır, amma almalıdır. Hər kəsin haqqı verilməlidir. Ağadadaşın 20, 25, 35 yaşı olsaydı, deyərdim tezdir. 60 yaşından verirlər. İndi verilməlidir. Bu işlərə elə adam baxır ki, bilirəm, haqqı haqqa qurban verməyən qadındır. İnanıram veriləcək. Pulunu saymıram. Onun Prezident təqaüdçüsü adını sayıram".

 

Axsam.az

Tarix: 29 Aprel 2022, 23:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin