BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident SOCAR-dakı islahatlardan danışdı - “Bəzi itkilər çox şübhəlidir”

“Həmçinin indi biz SOCAR-da da fəal islahatlar aparılması prosesindəyik. Yeni rəhbərlik ilə SOCAR nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəkdir”.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

 

Dövlət başçısı bildirib ki, yeni rəhbərliyə bu təlimat verilib:

 

“Müvafiq surətdə itkilərdə də azalma olacaqdır. Çünki bizim qazda çoxlu itkilərimiz olur. Bəzi itkilər vaxtı keçmiş infrastruktur ilə əsaslandırılır, lakin bəzi itkilər çox şübhəlidir. Bizim aparıcı şirkətimiz olan SOCAR-ın şəffaflığının, korporativ idarəçiliyinin optimallaşdırılması əminəm ki, bizə əlavə resurslar verəcəkdir, artıq indi verir”.

Tarix: 30 Aprel 2022, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin