Rusiya İstintaq Komitəsi “Nə? Harada? Nə vaxt?” verilişinin Bakı şəhərində yaşayan üzvü, tanınmış “znatok” Rövşən Əsgərova qarşı cinayət işi açıb. O, Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin dördüncü hissəsi ilə ittiham olunur. Bu ittihama əsasən, onu 5 ilədək həbs cəzası gözləyir. İttihama səbəb Əsgərovun Facebookda Georgi Jukovu öz şəxsi istifadəsi üçün Almaniyadan qənimət kimi əmlak çıxarıb aparan “stajlı qarətçi” adlandırması olub.
“İstintaq Komitəsi bu cür cinayətlərdə iştirak edən şəxslərin statusundan və sosial vəziyyətindən asılı olmayaraq, Vətən müdafiəçilərinin işıqlı xatirəsini ləkələmək və ya alçaltmaq cəhdlərinə həmişə əsaslı və sərt cavab verəcək”, - qurumun bəyanatında deyilir.
Həm Rusiya, həm də Azərbaycan vətəndaşı olan Rövşən Əsgərov isə bunu böhtan, absurd və xəstə təxəyyülün məhsulu adlandırıb. Onu da deyib ki, o çoxdan Rusiyadan çıxıb və ora qayıtmaq niyyətində deyil. Hazırda Bakıdadır.
Bəs Rusiya Rövşən Əsgərovu Azərbaycandan tələb edə bilərmi? Edərsə, cavab nə olacaq? Rusiya nədən eyni məntiqlə nasist əlaltısı Qaregin Njdeyə İrəvanda 6 metrlik abidə qoyanlara cinayət işi açmır? Yaxud Azərbaycanın Araik Arutunyan başda olmaqla beynəlxalq axtarışa verdiyi erməni cinayətkar separatçılar nədən vaxtaşırı Rusiyaya arxayın səfərlər edir, orada sərbəst gəzirlər?
“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rusiya İstintaq Komitəsinin istənilən şəxslə bağlı araşdırma apara bilər. Amma bu araşdırmanın nəticəsi olaraq ortaya qoyulan cinayət işinin dəlilləri də əsaslı olmalıdır: “İstintaq Komitəsi hesab edə bilər ki, Almaniyada yaşayan Fridrix Götte Xemnits şəhərindəki kommunizmin ideoloqlarından biri Karl Marksın heykəli önündən keçərkən şlyapasını çıxarmayıb və buna görə cinayət işi başlaya bilər. Əlbəttə ki, kimsə gedib həmin o İstintaq Komitəsi səlahiyyətlisinin əlindən tutmayacaq ki, qərar verib cinayət işi başlama. 100 belə cinayət işi başlanılsa da, ağlı başında olan hər kəs bilir ki, belə səfeh işlərlə uzağı özünü gülünc vəziyyətə qoya bilərsən. İnsanları zorla keçmişə sitayiş etdirmək ən ağılsız, əbləh düşüncənin məhsuludur.
Azərbaycan vətəndaşı olan Rövşən Əsgərovun Rusiya İstintaq Komitəsinin başladığı cinayət işinə əsasən qarşı tərəfə verilməsi istisnadır. Əgər Rusiya hesab edir ki, Rövşən Əsgərov cinayət törədib, bunu sübut edən dəlil və faktlara əsaslanan cinayət işini yekunlaşdırıb Azərbaycan tərəfinə təqdim etməlidir. Bundan sonra Azərbaycanda həmin cinayət işi üzrə müvafiq araşdırma aparılmalı, suallar yaranarsa, Rusiya tərəfi həmin sualları cavablandırmalı, əlavə sübutlar tələb olunarsa, təqdim etməlidir. Bundan sonra işə Azərbaycan məhkəməsində baxılmalı və uyğun hökm çıxarılmalıdır. Prosesdə Rusiya tərəfinin nümayəndəsi iştirak edə bilər".
Hüquqşünas əlavə edib ki, Rövşən Əsgərov Azərbaycan vətəndaşıdır və barəsində ittihamedici hökm çıxarılsa belə, Rusiyaya təhvil verilə bilməz.
24 Oktyabr 13:25
24 Oktyabr 13:23
24 Oktyabr 13:14
24 Oktyabr 13:04
24 Oktyabr 12:58
24 Oktyabr 12:45
24 Oktyabr 12:29
24 Oktyabr 12:11
24 Oktyabr 12:02
24 Oktyabr 11:41
24 Oktyabr 11:30
24 Oktyabr 11:14
24 Oktyabr 11:07
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
Ən son xəbərləri səhifəmizdən də izləyin