BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sevgisiz qala bilmərəm"

"Sevgi qadınıyam. Diqqəti, qayğını sevən biriyəm. Düşünürəm ki, bunlar qismətdir. Deyirlər, bəzən qismət yoxdu, insanın öz əlindədir. Düzdür, seçim bizim əlimizdədir".

 

Bu sözləri müğənni Aysel Əlizadə "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi sevgi həyatından danışıb:

 

"Yaxşı bilib gedirik, sonra peşman oluruq. Hər şeyi yüz ölçüb, bir biçmək lazımdır. Sevgisiz qala bilmərəm, ailə mənim üçün vacibdir. Gərək insanın ruh eşi, həyatını paylaşa biləcəyi insan olsun. Ad olsun deyə, istəsəydim, çoxdan ailə qurardım. "Bu, o, insandır" deyə biləcəyim biri olsun gərək. Xanımlar ağ atlı şahzadəsin gözləyir. Ağ at gəlir, amma şahzadə olmur. Gözləmirəm, axtarmıram, lazım olanda vaxtında reallaşacaq. Ailə sənətdən önəmlidir".

 

Axsam.az

Tarix: 30 Aprel 2022, 16:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin