BURADA REKLAMINIZ OLA
BİLƏR

Mühərrik yanacağı üçün aksiz dərəcəsi azaldıldı - QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Pravda.az-ın xəbərinə görə, qərara əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq  üçün aksiz dərəcəsi 1 ton üçün  80 manatdan 1 manata endirilib.

Reaktiv mühərriklər üçün digər yanacaqlar üçün isə aksiz dərəcəyi 1 ton üçün 80 manat səviyyəsində saxlanılıb.

KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinlə bağlı da aksiz dərəcəsi 1 ton üçün  80 manatdan 1 manata endirilib. Digər məqsədlər üçün kerosinin 1 tonu üçün 80 manat aksiz dərəcəsi itsə qüvvədə saxlanılıb.

 
Bu Qərar dərc edildiyi gündən 30gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.APA

Tarix: 2 Mart 2020, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin