BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kimsə maşının arxasına "Şəhid xanımı" yazıbmış və bu, bir qrup insanı qıcıq edibmiş...”

Dünəndən nə qədər çalışdım bu mövzuya fikir bildirməyim, səbirli olum, amma alınmadı. Səbrim daşdı. İndi diqqətlə oxuyun.

 

Kimsə maşının arxasına "Şəhid xanımı" yazıbmış və bu yazı bir qrup insanı qıcıq edibmiş. Niyə? Sizə söyüş yazıb, ya sizi təhqir edib?

 

"Şəhid xanımı" onun qanuni statusudur, o adı almaq üçün ömürlük bədbəxt olub. Həyatının bir parçasını, ömür-gün yoldaşını, övladlarının atasını, sevgisini itirib. Siz gecə həyat yoldaşınızın yanında mışıl-mışıl yatanda şəhid xanımları balıncı qucaqlayıb göz yaşı tökür.

 

Siz həyat yoldaşınızı qucaqlayıb selfi çəkdirib sosial şəbəkələrdə paylaşanda şəhid xanımları ərinin başdaşını qucaqlayır.

 

Şəhid xanımları uşaqlarına həm atadır, həm də ana. Ömürlük travma alıblar, ömür boyu həyat yoldaşına həsrət qalıblar. Eləsi var, yoldaşı ilə heç bir il birlikdə yaşamayıb. Onların ərlərinin hesabına ailənizlə xoş günlər keçirirsiniz. Unutmayın, aldığınız nəfəsi, rahat yaşadığınız hər xoş günü şəhidlərə borclusunuz. “Şəhid xanımı” yazısı normal cəmiyyəti qıcıq etməməlidir. “Şəhid xanımı” yazısı heç kimi incitməməlidir.

 

Büdcə oğurlamır, məmur özbaşınalığı etmir, qazinin pensiyasını kəsmir, müalicəsini gecikdirmir, ərzaq bahalaşdırmır. Halal haqqı olan adını yazır. Əcəb edir. Çox şey yazardım, amma anlayana bu qədər də bəs edəcək. Müzakirəyə başqa mövzu tapın!!!

 

Elyar İslamoğlu

 

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı

Tarix: 1 May 2022, 23:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin