BURADA REKLAMINIZ OLA
BİLƏR

ETSN ağacəkmə aksiyasını təxirə saldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacəkmə aksiyasını təxirə salıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat yayıb.

 

İ.İbrahimovanın sözlərinə görə, martın 3-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində nəzərdə tutulan yaz ağacəkmə aksiyası hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Hava şəraitindən asılı olaraq ağacəkmə aksiyasının vaxtı barədə əlavə məlumat veriləcək.

Xatırlatma: ETSN bu il yaz ağac əkininə “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında start verib.

Tarix: 2 Mart 2020, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin