BURADA REKLAMINIZ OLA
BİLƏR

“Təbriz Center” tikinti şirkəti 50 000 manat cərimələndi

Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin məlumat verib.

O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt və protokol tərtib olunub.

“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.


Tarix: 2 Mart 2020, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin