BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan İsrail Prezidenti ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.

 

Pravda.az xəbər verir ki, bu barədə İsrailin Prezident Administrasiyası məlumat yayıb.

 

Məlumata görə, Hersoq Ərdoğan və Türkiyə xalqını Ramazan bayramı münasibətilə qeyd edib.

 

Hersoq qeyd edib ki, hər iki xalqın mənafeyi naminə əməkdaşlığı davam etdirmək lazımdır.

 

Eyni zamanda Ərdoğanın İsrailin müstəqillik günü münasibətilə Hersoqa təbrik məktubu göndərdiyi də qeyd edilir. Ərdoğan məktubunda bildirib ki, mart ayında İsrail Prezidentinin Türkiyəyə səfərinin ölkələr arasında əməkdaşlıq qarşılıqlı milli maraqlara, regional sülh və sabitliyə, münasibətlərin inkişaf edəcəyinə inanır.

Tarix: 2 May 2022, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin