BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentdən SOCAR-la bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncamla Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Tarix: 2 Mart 2020, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin