BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarova yeni vəzifə verildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri dəyişib.

 

Dəyişikliyə əsasən, İqtisadiyyat naziri komissiyanın həmsədri təyin edilib.

 

İndiyə qədər komissiyanın həmsədri Vergilər naziri olub.

 

 Komissiyanın üzvləri isə aşağıdakı tərkibdə təsdiq edilib:

 

 Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

 

 Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavini

 

 Azərbaycan Respublikası Energetika nazirinin müavini

 

 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

 

 Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

 

 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

 

 Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

 

 Azərbaycan Respublikası Təhsil nazirinin müavini

 

 Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

 

 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

 Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

 

 Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

 

 Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Tarix: 2 Mart 2020, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin