BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəhərlənən tələbələrdən YENİ XƏBƏR

“Bakı Dövlət Universitetinin (BDU) zəhərlənən tələbələrinin vəziyyətləri stabildir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

 

Onun sözlərinə görə, tələbələrin səhhəti yaxşılaşmaqdadır: “Tələbələrin müayinələri davam edir. Təxminən gələn həftənin bazar ertəsi və ya çərşənbə axşamı onlar evə buraxıla bilərlər. Bu gün konsilium olunacaq. Konsiliumdan sonra tələbələrin reanimasiyadan palataya köçürülmələri gözlənilir”.

 

Baş toksikoloq qeyd edib ki, zəhərlənmə faktı ilə bağlı laboratoriyanın nəticələri açıqlanmayıb, hazırda istintaq gedir.

 

Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir.

 

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 23 Noyabr 2019, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin