BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mübariz Mənsimov Elçibəy faktorundan yararlanmağa çalışdı, gördü ki...”

“Mübariz Mənsimov siyasətlə məşğuldur və bu, onun haqqıdır... Əvəz Zeynallı ona ən çox ictimai əhəmiyyəti olan, müsahibəni maraqlı edən sualı vermədi. Mənsimov siyasətə gəldiyini bəyan etməyib, gəlməyəcəyini də deməyib. Nə zamansa siyasətə gəlmək niyyətinin olduğunu soruşmaq asan iş deyil, təbii ki...”

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasətçi Sahib Kərimli bildirib.

Sahib Kərimli Milli Şuradan qovuldu - niyəsi? » Demokratik.Az

“Elçibəy məsələsinə gəldikdə isə, Mübariz bəyin PR-çıları təcrübəsizdirlər, diletantdırlar. Bir müddət öncə, sularda Elçibəy və Rəsulzadə gəmiləri üzürdü, Mənsimov Elçibəyin kürəkəni Aqil bəyi qəbul etdi və s. Elçibəy faktorundan yararlanmağa çalışdı, gördü ki, 30 ildir Azərbaycanda Elçibəy palazının hərəsi bir dülüyündən tut şalı kimi tutan, onlarla partiya sədri, redaktor, “KQB millətçisi” var, buraxmazlar. O da palazaın dülüyünü  buraxanda  hirslənmişdi. O təsir altında Elçibəylə bağlı uyğun olmayan ifadə işlətdi. Həm də ki, ölkəyə gəlmək istəyir...” – S.Kərimli qeyd edib.

Tarix: 5 May 2022, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin