BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirdi

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

 

Pravda.az xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidməti məlumat yayıb.

 

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib.

 

Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.

Tarix: 6 May 2022, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin