BURADA REKLAMINIZ OLA
BİLƏR

Caliber.Az-ın jurnalisti İrəvanda - VİDEO

Caliber.Az-ın jurnalisti həyatını təhlükəyə ataraq Ermənistana yollanıb.

 

Məqsəd Azərbaycanın yerli xalqının mədəni və tarixi irsinin Ermənistanda necə məhv edildiyini açıq şəkildə göstərmək, həmçinin erməni təbliğatının guya Ermənistanda vandalizmə yer olmadığı və başqasının tarixinin, mədəniyyətinin mənimsənilmədiyi barədə yalan iddialarını darmadağın etməkdir.

 

Jurnalistin qənaətincə, erməni vandallarının törətdikləri mədəni-tarixi soyqırımı təkcə Azərbaycanın Qarabağ bölgəsinə deyil, mindən çox azərbaycanlı yaşayış məntəqəsinin, yüzlərlə tarixi-memarlıq abidəsinin, karvansarayların, sarayların, məscidlərin, məqbərələr, türbələr, qəbiristanlıqların və s.-nin mövcud olduğu Ermənistan ərazisinə də yayılıb.

 

Jurnalist ilk növbədə 1918-ci ildə Ermənistanın paytaxtı olmuş İrəvanda olub. O, İrəvanda dağıdılmış tarix və mədəniyyət abidələrinin eksklüziv görüntülərini əldə edib.

 

Tarix: 7 May 2022, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin