"Ötən gün 164 saylı orta məktəbdə 9 May günü münasibətilə şagirdlərin yaxalarına "Georgi lenti"nin taxılmaqlarını, başlarına rus beretkasını qoymaqlarını SSRİ-nin təbliği saymıram. Çünki Georgiyevsk lenti Böyük Vətən müharibəsindəki qələbənin rəmzidir. Digər tərəfdən, SSRİ 70 il bizim vətənimiz olub".
Pravda.az xəbər verir ki, bu sözləri politoloq Nəzakət Məmmədova deyib.
N.Məmmədova tarixin olduğu kimi çatdırılmasının vacib sayır:
"Bilirsiniz ki, yüz minlərlə azərbaycanlı insan bu ölkə uğrunda vuruşub, həlak olub, qəhrəmanlıqlar göstərib. Bunun üstündən necə xətt çəkmək olar?! Tarix bizim istəyimizə uyğun olaraq yenidən yazılmır, dəyişdirilmir, düzəliş olunmur. O, necə varsa, elə təbliğ olunmalıdır. Bu gün dünyada gedən məsələlərin Böyük Vətən müharibəsinin tarixinə heç bir təsiri olmamalıdır".
Politoloq tarixi hörmət və ehtiramla yad etmək lazım olduğunu vurğulayıb:
"Milyonlarla insanın yolunda canını qurban verdiyi, məşəqqətlə əldə etdiyi qələbəni və onun rəmzlərini inkar etmək doğru addım sayıla bilməz. Həm də o qələbə təkcə Rusiyanın qələbəsi deyil, bütün müttəfiq respublikaların, bütün sovet xalqının qələbəsidir. Ona görə də, Rusiyaya qarşı olan təbliğatı bütövlükdə sovet tarixinə yönəltmək doğru deyil. Məktəblərdə buna normal baxmaq lazımdır. Elə bayramlar, tarixi hadisələr var ki, bir xalqın yox, bütün bəşəriyyətin bayramıdır, simvoludur. Doğrudur, Müqəddəs Georgiyevsk lenti Yekaterina dövründə təsis olunub, çar Rusiyasının təltif vasitəsi olub, çar Aleksandr, Kutuzov və b. onu daşıyıb. Hətta bolşevik inqilabından sonra bolşeviklər onu ləğv edib, Ağqvardiyaçılar isə imperiyanın və monarxiyanın rəmzi kimi qoruyub-saxlayıblar. Hətta, çox maraqlıdır ki, İkinci dünya müharibəsi zamanı həm SSRİ-yə qarşı vuruşan mühacir ruslar, həm də sovet əsgərləri döyüşdə fərqlənənləri təltif etmək üçün ondan istifadə edib. Doğrudur, SSRİ-də o, Qvardiya lenti adlanıb, "Almaniya üzərində qələbəyə görə" medalını bəzəyib. Elə bu il Litva seymi, Moldova parlamenti ona qadağa qoydu. Bu, təkcə Rusiyanın və ya SSRİ-nin simvolu yox, həm də Rusiya və antirus dünyanın müzakirə obyektidir".
"Düşünürəm ki, simvollarla mübarizə aparmaq yox, tarixə real baxmaq lazımdır. Axı, həmin dövrdə Azərbaycan müstəqil respublika olmayıb, SSRİ-nin bir parçası olub və bizdən də çox insanlar bu medallarla təltif olunub. Onda biz A.A. Bakıxanov, M.F. Axundov, Mirzə Kazım bəy və digər ədiblərimizdən imtina edək ki, onlar Rusiya imperiyası dövründə yaşayıb-yaradıb, rus dilindən istifadə ediblər?! Bu, həmin dövrün reallığıdır. Tarixi reallıqlarla vuruşmaq yox, ona obyektiv baxıb, ondan düzgün nəticə çıxarmaq lazımdır"-deyə politoloq əlavə edib.
Demokrat.az
24 Oktyabr 13:23
24 Oktyabr 13:14
24 Oktyabr 13:04
24 Oktyabr 12:58
24 Oktyabr 12:45
24 Oktyabr 12:29
24 Oktyabr 12:11
24 Oktyabr 12:02
24 Oktyabr 11:41
24 Oktyabr 11:30
24 Oktyabr 11:14
24 Oktyabr 11:07
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
Ən son xəbərləri səhifəmizdən də izləyin