BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı nazirin ABŞ-da bayrağımızı səhv salması müzakirələrə səbəb oldu – “Ayıb olsun…”

Xəbər verdiyimiz kimi, Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəmlə görüşüb. İkitərəfli görüş zamanı Anar Kərimovun arxasında Azərbaycanın üçrəngli bayrağı əvəzinə Maldiv Respublikasının dövlət bayrağı qoyulub. Azərbaycanın Mədəniyyət Nazirliyi isə həmin görüşdən çəkilmiş fotoları nazirliyin saytına yerləşdirib, daha sonra isə silib.

 

Pravda.az-ın xəbərinə görə, bu hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

 

Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bundan təəssüfləndiyini bildirib: “Düşünürdük ki, yeni nazirlər bəlkə yaxşı olar. İstəklərimiz elə ürəyimizdə qaldı. Bir nazir düşünün, bu adam Azərbaycanın bayrağını tanımır. Nazir vəzifəsi tutmağınız heç, siz necə vətəndaşsınız axı?! Bu hansısa modellə şəkil çəkdirmək deyil, Anar müəllim. Hansısa vokalisti məşhur etmək də deyil. Siz Azərbaycanı beləmi təmsil edirsiniz?! Dövlət atributuna olan sayğınız budurmu?! Əfsuslar olsun ki, bu biabırçılığı elə paylaşan Mədəniyyət Nazirliyinin rəsmi saytıdır. Ayıb olsun həqiqətən...”

 

Əlimərdan

Fotoları təqdim edirik
Tarix: 7 May 2022, 21:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin