Fatmayı Abşeronun qədim kəndlərindəndir və burada bir çox tarixi abidələr mövcudur. Onların bir qismi isə dövrümüzə qədər gəlib çıxıb. Lakin bu gedişlə Fatmayı kəndindəki abidələr tarixə qovuşaraq məhvə sürüklənəcək.
Belə ki, Abşeronun Fatmayı kəndində 19-cu əsrə aid türbə və hamam qorunmalı olduğu halda, əksinə tariximizə qarşı laqeydlik özünü bütün çılpaqlığı ilə büruzə verməkdədir. Başqa cür desək, başda Mədəniyyət Nazirliyi olmaqla bu işə məsul dövlət qurumları Azərbaycan tarixinə, dövlətin sərvəti sayılan mədəniyyətinə əhəmiyyətsiz nəsnə kimi baxmağa davam edir.

Adıçəkilən kənddə tarixi abidələrin qorunmadığı, açıq-aşkar dağılmaq təhlükəsi ilə üzləşdiyi çox açıq görsənir.
Fatmayıda abidələr var ki, Çar Rusiyası zamanında tikilib və təqribən 200 yaşı var. Azərbaycanın keçmişi ilə səsləşən bu tip abidələrin mühafizəsi və onların bərpası birbaşa Mədəniyyət Nazirliyinin səlahiyyətində olan məsələdir. Amma nədənsə nazirliyin biganəliyi və tariximizə barmaqarası yanaşdığını ürək ağrısı ilə söyləmək məcburiyyətindəyik.

Ərazidə olduğumuz zaman abidənin ətrafında at dayanmadan dolaşırdı və sanki tarixi nümunələrin qorunmasını öz öhdəsinə məhz bu sədaqətli at götürmüşdü.

Vandalizm - bilərəkdən və kortəbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsi deməkdir. Vandalizm, təkcə abidələri feilən dağıntıya məruz qoyaraq məhv etmək deyil ki... Bu həm də göz görə-görə məhv olmasına göz yummaqdır.

Mədəniyyət naziri Əbülfəs Qarayevin ata yurdu Fatmayı kəndinə olan ögey münasibəti məsələnin digər maraqlı tərəfidir. Belə ki, nazirin babası, dövrünün məşhur həkim-pediatrı Əbülfəz Qarayev məhz Fatmayı kəndində dünyaya göz açıb. Atası Mürsəl Qarayev isə Azərbaycan tibb elmində çoxprofilli cərrah kimi böyük nüfuz sahibi olub, Sovetlər Birliyi zamanında Səhiyyə Nazirliyinin baş cərrahı işləyib.

Odur ki, bu yerlərdə Əbülfəz və Mürsəl Qarayevlərin, görkəmli bəstəkar Qara Qarayevin ruhu gəzir. Onların ayaq basdığı torpağın maddi-mədəniyyət nümunələrinin məhv olmasına sakit qalmaq Əbülfəs Qarayevin özü üçün də xoş olmaz. Yox, əgər hörmətli nazirimiz digər yerlərdə olduğu kimi mədəniyyətin məhvinə göz yumursa, o zaman məlum olur ki, onun rəhbərlik etdiyi nazirlik öz işinin öhdəsindən gələ bilmir.

Beləliklə, sonda zərbə Azərbaycana, onun tarixinə və mədəniyyətinə olur. Tarixi abidələr yenə gözdən kənar qalır və onların xarabalığa çevrilməsi getdikcə daha da yaxınlaşır.Demokrat.az
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
Ən son xəbərləri səhifəmizdən də izləyin