BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı məktəbində şagirdlərin yaxasına “Georgi lenti” niyə taxılıb? - VİDEO

İddialar var ki, paytaxtda yerləşən 164 nömrəli məktəbdə 9 may qələbə günü ilə bağlı keçirilmiş tədbirdə şagirdlərin sinəsinə "Georgi lenti" taxılıb, başlarına isə rus beretləri qoyulub. Bununla bağlı foto sosial şəbəkələrdə geniş yayılaraq, insanların müzakirə mövzusuna çevrilib. "Xəzər Xəbər" məsələnin təfərrüatlarını araşdırıb.

 

9 May - Qələbə Günü ilə bağlı keçirilən tədbirdə şagirdlərin başına rus beretləri qoyub, sinəsinə "Georgi lenti" yapışdırdılar. Arxa fona qoyulan  fotoda isə SSRİ bayraqları dalğalanır.

 

İddia olunur ki, foto paytaxtdakı 164 nömrəli orta məktəbdə 9 May - Qələbə Günü ilə bağlı keçirilmiş tədbir zamanı lentə alınıb. Sosial şəbəkələrdə geniş yayılan və insanların müzakirə mövzusuna çevrilən bu məsələyə aydınlıq gətirmək üçün biz də sözügedən məktəbə yollandıq...

 

Məktəbin təsərrüfat müdiri Vilayət Hüseynov ilk olaraq direktor Kəmalə Qədirovanın  təhsil ocağında olduğunu desə də, sonradan fərqli məlumat verdi.

 

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, qurum tərəfindən müəyyən təhlillər aparılıb və müəyyən edilib ki, tədbir interaktiv dərs formatında ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil olunub. Bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Əvvəllər istifadə olunmuş atributlardan müəllimlər bu il də yararlanıblar. 

 

Tarixçı Firdovsiyyə Əhmədova deyir ki, "Georgi lenti"  Georgia medalı, ordeni və xaçı üçün istifadə olunan bir lent olub. Sovetlər dönəmində rəsmi mükafatlarda bundan istifadə olunmayıb. Yalnız 1992-ci ildən sonra Rusiya özünü SSRİ-nin varisi elan edərək, bu lentdən rəsmi mükafatlarda istifadə etməyə başlayıb. O ki, qaldı ölkəmizdə  faşizm üzərində qələbə ilə bağlı hər hansı bir tədbirin keçirilməsinə, bu zaman milli-hərbi simvol və atributlardan istifadə olunmalıdır.

 

Bakı Şəhəri Təhsil İdarəsindən o da bildirildi ki, tədbiri təşkil edən müəllimlər tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun kənarda bu qədər ciddi narahatlıq doğuracağını guman etmədiklərini deyiblər.

 

Tarix: 8 May 2022, 07:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin