BURADA REKLAMINIZ OLA
BİLƏR

Nura Suri: “İnsanlıq ölüb gedir”

“Fikir vermisinizsə, nə danışsanız, nə desəniz, “mız” qoyan, konteksdən cümləni çıxarıb başqa yerə yozan, deyilən sözləri başqa səmtə yönəldən insanların sayı necə artıb. Bu, əsl faciədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.

 

Müğənni qeyd edib ki, insanlar bir-birilərini başa düşmür, anlamırlar, ya da anlamaq istəmirlər: “İnsanlıq ölüb gedir. Ailə içi anlaşılmazlıqlar ucbatından gənclər intihar edirlər, insanlar arasında etibar qalmayıb.  Etibarsızlıq - dostsuzluq və sevgisizlikdir. Uzun müddətdir, müsahibə vermirəm, verilişlərə getmirəm, danışmaq istəmirəm. Kimin üçün danışım? Niyə danışım ki, əgər başa düşülməyəcəmsə?”

Tarix: 8 May 2022, 07:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin