BURADA REKLAMINIZ OLA
BİLƏR

PA rəhbəri: "Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür. 2003-cü illə müqayisədə Azərbaycan iqtisadiyyatında 3 dəfədən çox artım qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) rəhbəri Samir Nuriyev "Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası" adlı məqaləsində bildirib.

 

S.Nuriyev qeyd edib ki, 2003-2021-ci illər ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfədən çox artıb.

 

2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu göstəricini 53 milyard dollara çatdırıb ki, bu da birbaşa xarici dövlət borcunu 7,4 dəfə üstələyir. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Tarix: 9 May 2022, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin