BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu qida əlavələri təhlükəlidir - SİYAHI

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

 

Sentyabr ayında “Agavit” (şərbət, Türkiyə), “CaDlife” (tablet, Türkiyə), “Extra-E” (tablet, Türkiyə), “Optiprost” (tablet, İtaliya) və “Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

 

Oktyabr ayında isə iki müraciət mənfi cavablandırılıb.

 

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.

Tarix: 23 Noyabr 2019, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin