BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Vəlizadə: “Ermənistandakı mövcud daxili vəziyyət Azərbaycanı narahat etməməlidir, bütün torpaqlar qaytarılacaq”

“Ermənistandakı mövcud daxili vəziyyət Azərbaycanı narahat etməməlidir. Nəzərə almaq lazımdır ki, Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyasının aparılması ilə bağlı öhdəlikləri var. Bu, o deməkdir ki, gec, ya tez bu proses mütləq başlamalıdır və Azərbaycana məxsus olan bütün torpaqlar, eləcə də Qazaxın 7 kəndi və Kərki Azərbaycana qaytarılmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

 

Politoloq qeyd edib ki, Ermənistan tərəfi xüsusilə son vaxtlar Qazax və Naxçıvan istiqamətində Azərbaycana aid olan torpaqların qaytarılmayacağını iddia etsələr də, bu, mümkün deyil: “Onlar düşünürlər ki, Azərbaycan ərazisində yerləşən "Başkent" adlı eksklava iddia etməyəcəklər. Guya bunun müqabilində də Azərbaycan ona məxsus olan bir sıra torpaqlardan imtina edəcək. Bu, əlbəttə ki, cəfəng fikirdir, heç bir əsası yoxdur. Azərbaycana məxsus bütün ərazilər strateji əhəmiyyətə malik, tarixi torpaqlarımızda yerləşən ərazilərdir. Təəssüflər olsun ki, bizim torpaqlarımız vaxtilə müxtəlif yollarla ermənilərə verilib. Lakin indiki vəziyyətdə, Azərbaycan ədaləti bərpa etmək gücündədir. Yəni, heç olmasa Sovet dövründə Azərbaycanda olan bütün torpaqlar, o cümlədən Qazaxın 7 kəndi geri qaytarılacaq".

 

Nəzrin Cavid

Tarix: 10 May 2022, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin