BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçala xəstəxanası boşaldılır

"Koronovirusa görə aran bölgəsində də Regional Karantin Mərkəzi yaradılır".

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb.

E.Məmmədov bildirib ki, bölgədə hər hansı yoluxma halı qeydə alınacağı təqdirdə xəstələr Neftçala rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunacaqlar: "Bunun üçün bu gündən etibarən Neftçala rayon Mərkəzi Xəstəxanasının boşaldılaraq xəstələrin Salyan Mərkəzi Rayon Xəstəxanasına köçürələcəyi deyilir.Artıq təcili yardım üçün müraciət edən xəstələr Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilir".

Tarix: 3 Mart 2020, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin