BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş vəzifəli şəxsin bacısı azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində olan həbs qərarından verilən şikayətə baxılıb.

 

Pravda.az xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

 

Məhkəmənin qərarı ilə İ. Əliyevanın barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

 

 

Tarix: 12 May 2022, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin