BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX-nin həbs etdiyi sabiq icra başçısının şirkəti üzə çıxdı - SƏNƏD

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq həbs edilən Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun şirkəti üzə çıxıb.

Pravda.az-ın xəbərinə görə, Q.Səmədov 2005-ci ildə qeydiyyatdan keçmiş "RUSLAN-E" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisi olub.


Yayılmış rəsmi məlumatlara görə Qoca Səmədov icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəməkdə ittiham olunur.. Keçmiş icra başçısı üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir.Araşdırdı:Cavanşir Həsənli

Fotoları təqdim edirik
Tarix: 3 Mart 2020, 23:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin