BURADA REKLAMINIZ OLA
BİLƏR

Mətanət Əsədova: "Övladım olacaqdı, istəmədim, atası haqda..."

Müğənni Mətanət Əsədova ATV-də yayımlanan "1 dəqiqə" verilişində etirafı ilə diqqət çəkib.

 

Mətanət Əsədova dünyaya övlad gətirməkdən imtina etdiyini bildirib: "Allahın verdiyi övlada qarşı çıxdım. İndi çox peşmanam. Yenə də gec deyil. Güvəncim, başqa çarəm yox idi. Eybi yox, tək qalım. Özüm-özümü aldadım, camaata, xalqa xoş olsun,6 efirdəyəm, məni belə sevəcəklər, birdən kimsə saymaz - bunlar mənə lazım deyil. İçim-içimi yeyincə, özümü həyatda aldada bilmərəm. Nə də imkan vermərəm ki, kimsə məni aldatsın.

 

Ana olmağa hazırlaşırdım. Belə məsləhət imiş. Hamının həyatında eniş-yoxuşlu yollar olur. Uşağın atası haqda danışmaq istəmirəm. O bir qismət idi, alınmadı. İstər həyatda, istər sevgidə, istər atdığım addımda ağıl ilə deyil, qəlbimlə yanaşdım.

 

Qəlbim axırıma çıxdı. Bəlkə də olan-olub, keçən-keçib. İndi daha kövrəlməyin yeri yoxdur. Ağıllı insan qarşıya baxar".

Tarix: 12 May 2022, 19:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin