BURADA REKLAMINIZ OLA
BİLƏR

Atıcılıq Federasiyasına yeni vitse-prezident təyin edildi

Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.


Pravda.az-ın xəbərinə görə, sabiq polis polkovnik-leytenantı Tofiq Bəylərov bu qurumun üçüncü vitse-prezidenti olub.


Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.


Oxu.az

Tarix: 12 May 2022, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin